AZ

Qadını öldürən ICE polisinin əvvəllər İraqda döyüşdüyü məlum olub

Qadını öldürən ICE polisinin əvvəllər İraqda döyüşdüyü məlum olub

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində miqrantlara qarşı əməliyyat zamanı bir ABŞ vətəndaşı qadını öldürən Gömrük və Sərhəd Mühafizəsi (ICE) polisinin əvvəllər İraqda döyüşdüyü bildirilib.

Associated Press (AP) Minneapolisdə bir ABŞ vətəndaşını vuran ICE polisinə dair sənədlərə çıxış əldə edib.

Qadını vuran agentin 2024-cü ilin iyununda bir şəxsi həbs etmək üçün yaxınlaşdıqları avtomobil tərəfindən vurulduğu və yaralandığı, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən yaralanmış zabitə “Ross” adı verildiyi təsdiqlənib. AP bu məlumatlardan sonra hadisədə iştirak edən polisin adının Conatan Ross olduğunu müəyyən edib.

AP Rossun keçən ay məhkəmədə verdiyi ifadələrinə çıxış əldə edib və məlum olub ki, o, 2004–2005-ci illərdə İraqda xidmət edib və 2007-ci ildə Sərhəd Nəzarət Qrupu komandasında çalışıb.

2007–2015-ci illərdə Sərhəd Nəzarət Qrupunda xidmət edən Rossun həmin dövrdən sonra ICE üçün işləməyə başladığı qeyd olunub.

Seçilən
15
afn.az

1Mənbələr