Aİ Suriya ilə münasibətlərində yeni bir səhifə açmaq istəyir
Avropa Komissiyasının sədri fon der Leyen Suriya ilə Yüksək Səviyyəli Dialoqa başlamaq, Avropa İnvestisiya Bankının fəaliyyətini yenidən aktivləşdirmək və Əməkdaşlıq Sazişini yenidən başlatmaq istədiklərini bildirib.Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen, Yüksək Səviyyəli Dialoq, Avropa İnvestisiya Bankının yenidən aktivləşdirilməsi və Əməkdaşlıq Sazişinin yenidən başlaması kimi addımlar atmaqla Suriya ilə münasibətlərdə yeni bir səhifə açmağı hədəflədiklərini açıqladı.
AB Komissiyasının verdiyi açıqlamaya görə, fon der Leyen, AB Şurasının sədri Antonio Kosta ilə Dəməşqə səfəri zamanı Suriya prezidenti Əhməd Şaraya bu sözlərlə müraciət edib:
"Yeni, dinc, inklüziv və təhlükəsiz Suriyaya nail olmaq üçün öhdəliyinizi dəstəkləyirik. 2024-cü ilin dekabr ayından bəri AB Dəməşqdə yenidən fəaliyyətə başlayıb, hakimiyyət orqanları və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir."
Fon der Leyen, bu ilin birinci yarısında Yüksək Səviyyəli Dialoqdan başlayaraq yeni siyasi tərəfdaşlıq qurmaq istədiklərini bildirdi və həmçinin Avropa İnvestisiya Bankını Suriyadakı fəaliyyətini bərpa etməyə dəvət etdi.
Von der Leyen həmçinin 2011-ci ildə dayandırılmış və həmin dövrdən əvvəl ikitərəfli münasibətlərin əsasını təşkil edən AB-Suriya Əməkdaşlıq Sazişinin yenidən başlaması üçün danışıqlara başlamaq istədiklərini bildirdi.
Suriyanın yenidən Avropa iqtisadi bazarına çıxışdan faydalanmağa başlamalı olduğunu vurğulayan fon der Leyen, 2026 və 2027-ci illər üçün Suriyaya təxminən 620 milyon avro maliyyə dəstəyi ayırdığını bildirdi.
Von der Leyen bütün bu paketin hökumətə əhali üçün vacib xidmətlərin bərpasında və dövlət qurumlarının yenidən qurulmasında dəstək olmağı hədəflədiyini bildirdi.
O, həmçinin qeyd etdi ki, onlar Türkiyə, İordaniya və Livan da daxil olmaqla regional tərəfdaşlarla, eləcə də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə suriyalıların evlərinə qayıtması və orada həyatlarını yenidən qurması ilə bağlı işləri sürətləndirəcəklər.
AB, Əsəd rejiminin devrilməsindən sonra 20 may 2025-ci ildə Suriyaya qarşı sanksiyaları ləğv etdi.
Von der Leyen və Kostanın səfəri AB-dən Suriyaya ən yüksək səviyyəli səfər idi.
aia.az
Tərcümə şöbəsi