AZ

"Bu cür matçlarda nəticə vacib deyil" - Saşa İliç

style='margin-bottom:10px;'>

“Sumqayıt"ın baş məşqçisi Saşa İliç Türkiyə toplanışı çərçivəsində Macarıstanın "Pakş" klubuna qarşı keçirilən ilk yoldaşlıq oyunundakı məğlubiyyəti (1:5) şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis belə oyunlarda hesabın önəmli olmadığını bildirib:

"Bu cür matçlarda nəticə vacib deyil. Yoldaşlıq görüşlərindəki hesab bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Qolları əsasən fərdi səhvlərdən buraxdıq. Bunun üzərində işləyəcəyik".

İliç komandanın hazırlıq səviyyəsinə də toxunub:

"Cəmi 4-5 gündür məşq edirik. Gənclərin təcrübəyə ehtiyacı var, biz də onlara bu şansı yaradırıq. Bəzi legionerlər düşərgəyə gec qoşulub, ona görə də hələlik optimal formadan danışmaq tezdir".(azersiport.com)

Seçilən
91
4
teleqraf.com

5Mənbələr