Rusiya 2024-cü ilin dekabrın 25-də Qroznı səmasında AZAL təyyarəsinin vurulmasını əmr edən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamları ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
“2025-ci ilin sentyabrın 2-də Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanının rəhbərliyi altında AZAL təyyarəsi ilə bağlı iş üzrə rəsmi xüsusi iclas keçirilib. İclasda 11-ci Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun birinci müavini, general-mayor Aleksandr Tolopilo da iştirak edib. İclasda gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün “Xalça” siqnalını elan edərkən qarşılıqlı əlaqəni yaxşılaşdırmaq qərarı ilə kifayətləniblər”, - məlumatda deyilib.
Qeyd olunub ki, AZAL təyyarəsinin vurulması əmrini verən məhz Tolopilo olub: