Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv “Paksi” ilə qarşılaşıb.
Macarlarla görüşə saat 16:00-da start verilib.
Gərgin keçən matçda qapılara 6 qol vurulub. Təmsilçimiz rəqibinə 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.
Audiovizual Şura "Neftçi TV" üçün platforma yayımçısı lisenziyasını ləğv edib
“Sabah” “Lill”lə anlaşdı: Fransız futbolçu ilə 4 illik müqavilə
"Turan Tovuz"un Rumıniya klubu ilə yoxlama oyunu ləğv edilib
“Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq
“İmarət”dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq”