AZ

"İran ABŞ və İsrailin mümkün hücumuna cavab verməyə hazırdır" - Əraqçi

İran ABŞ və İsrail tərəfindən mümkün hücumun təkrarlanacağı təqdirdə cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib.

Redaktor.az xarici mediaya istinadla xəbər ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Onun sözlərinə görə, belə bir hal baş verərsə, qarşı tərəfə yeni məğlubiyyət yaşadılacaq.

“Əgər hücum təkrarlanarsa, onlara yeni məğlubiyyət veriləcək”, – deyə Abbas Əraqçi vurğulayıb.

Nazir eyni zamanda bildirib ki, ABŞ və İsrail tərəfindən yeni hücumun baş verməsi ehtimalı azdır.

“Biz ABŞ və İsrailin yeni hücumunu istisna edirik”, – deyə o əlavə edib.

Nuriyyə NATİQQIZI

Seçilən
73
1
redaktor.az

2Mənbələr