AZ

Fransada NATO dan çıxır? Qətnamə təqdim edildi

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) vitse-prezidenti Klemans Qette ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.

"Fransanın ABŞ-nin rəhbərlik və idarə etdiyi hərbi ittifaqda iştirak məsələsi indiyədək olduğundan daha aktualdır. Mən NATO-dan çıxmağı planlaşdıran qətnamə təqdim edirəm", - deyə Qette bildirib.

Vitse-prezident ABŞ-nin Venesuela lideri Nikolas Maduronu ələ keçirməsini və Qrenlandiyanı ilhaq etmək planlarını tənqid edib. O, həmçinin Qəzza zolağındakı münaqişə zamanı ABŞ-nin İsrailə verdiyi dəstəyə qarşı çıxıb./Oxu.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
2
bakivaxti.az

3Mənbələr