AZ

20 Yanvarla bağlı hazırlıq işləri başlanılıb

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

"Cebheinfo.az" xəbər verir ki,  Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağaclar budanır, qazon örtüyü yenilənir, yeni güllər əkilir, səkilər və bütün ərazi yuyulur.

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanacaq. 

Əldə etdiyimiz məlumata görə, hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

"Cebheinfo.az"

Seçilən
23
2
cebheinfo.az

3Mənbələr