AZ

Tanınmış həkim Almaniyada yeni vəzifədə FOTO

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Orxan Səfərov yeni vəzifəyə təyin olunub.

Doğru.az xəbər verir ki, fəxrimiz olan həkim MHBA Almaniyanın dövlət səviyyəli Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə gətirilib. Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması üzrə milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə edir.

Qeyd edək ki, Orxan Səfərov 2011-ci ildən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, əvvəl Travmatologiya və Ortopediya sahəsində çalışıb, daha sonra Radiologiya üzrə ixtisaslaşıb. 2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.), 2025-ci ildə isə Master of Health Business Administration (MHBA) təhsilini uğurla başa vurub.

Dr. Səfərov son dörd il ərzində senologiya, süd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb. Hazırda o, MVZ Radiologie Troisdorf tibb mərkəzində tibbi rəhbər (Ärztlicher Leiter) vəzifəsində çalışır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
4
dogru.az

5Mənbələr