ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub klub rəhbərliyini təəccübləndirb. Bu barədə “Neftçi Əzəməti” “feysbuk” profilində məlumat yayılıb.“Footbal-plus.az” məlumatı təqdim edir. Dekabrın 9-da 1,5 illik müqaviləyə imza atan ukraynalı baş məşqçi Yuri Vernidub onun üçün Bakının mərkəzində kirayələnmiş mənzilə köçməkdən imtina edib. 59 yaşlı mütəxəssis həmçinin gündəlik xidmət üçün nəzərdə tutulmuş maşına ehtiyac duymayıb. Təcrübəli mütəxəssis bildirib ki, o və köməkçiləri klubu artıq xərcə salmaq fikrində deyil - onlar Bakıxanov qəsəbəsində yerləşən bazada qalacaqlar. Vernidub deyib ki, hazırda komandada işləri kifayət qədər çoxdu, harasa getməyə, istirahət etməyə vaxtları yoxdu.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.