Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukraynaya tammiqyaslı işğalın başlanğıcından bəri Rusiya ən azı 19 generalını itirib.
Modern.az xəbər verir ki, açıq məlumatlara əsasən qedy ediri ki, rus generalları həm ön cəbhədə, həm də arxa cəbhədə həlak olublar (məsələn, təxribat nəticəsində). Onlardan bəziləri öldükləri zaman təqaüddə olub və ya könüllü bölmələrdə və özəl hərbi şirkətlərdə xidmət ediblər.
Tammiqyaslı müharibənin başlanğıcından bəri ölən ilk rus generalı 41-ci Ordunun komandir müavini Andrey Suxovetski olub (o, 28 fevral 2022-ci ildə Çerniqov bölgəsində həlak olub; ehtimal ki, snayper tərəfindən vurulub). Bu günə qədər qeydə alınan ən son general ölümü isə Baş Qərargahın əməliyyat təlimi şöbəsinin rəisi Fanil Sarvarovdur (o, 22 dekabr 2025-ci ildə Moskvada avtomobil bombasının partlaması nəticəsində həlak olub).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.