Türkiyə Futbol Federasiyası Superkubok oyununun saatını dəyişdirib.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” – “Fənərbağça” qarşılaşmasının başlama vaxtı əlverişsiz hava şəraiti və klub rəsmiləri ilə aparılan görüşlər nəzərə alınaraq dəyişdirilib.
Əvvəl 20:30 planlaşdırılan final, İstanbul Valiliyinin yağış və güclü külək barədə xəbərdarlıqları səbəbindən 18:45-ə çəkilib.
Oyun sabah Atatürk Olimpiyat Stadyumunda keçiriləcək.