AZ

İranda etiraz aksiyaları zamanı prokuror öldürüldü

İranın İsfahan şəhərində dünən gecə keçirilən nümayişlər zamanı prokuror öldürülüb.

Missiya.Az  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamaya görə, müxtəlif bölgələrdən gələn təxribatçılar prokuror Əli Əkbər Hüzeyinzadə və təhlükəsizlik rəsmilərinin saxlanıldığı konteyneri yandırıblar.

Bildirilib ki, etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olub, buna görə də prokuror və onu müşayiət edən polis əməkdaşları yanğında həlak olublar.

Şimali Xorasan Prokurorluğu məsələ ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr