AZ

Hesabat üzə çıxdı: Təyyarə qəzasında bütün sərnişinlər xilas edilə bilərmiş

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cənubi Koreyada 179 nəfərin həyatını itirdiyi Jeju Air qəzasında sərnişinlərin xilas olunma ehtimalının olduğu bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, hesabat Cənubi Koreyada Milli Assambleyaya təqdim olunub. Hesabatda Jeju Air aviaşirkətinə məxsus təyyarənin 2024-cü ilin dekabrında eniş şassisinin açılmaması və divara çırpılması nəticəsində 179 nəfərin öldüyü qəzada “bütün sərnişinlərin sağ qala bilmə ehtimalının” mövcud olduğu ortaya çıxıb.

"The Korea Herald" qəzetinin xəbərinə görə, əsas müxalifətdə olan Xalqın Gücü Partiyasından (PPP) deputat Kim Eun-hye, Cənubi Koreya aviasiya tarixinin ən ölümcül faciəsi kimi qiymətləndirilən Jeju Air qəzasına dair hesabatın bəzi detallarını ictimaiyyətlə bölüşüb.

Simulyasiya görüntüləri ilə dəstəklənən hesabatda, uçuş-enmə zolağının sonunda yerləşən və alətli eniş sisteminin quraşdırıldığı ərazini dəstəkləyən beton divarın mövcud olmaması və ya toqquşma zamanı dağılacaq şəkildə dizayn edilməsi halında, bütün sərnişinlərin böyük ehtimalla sağ qala biləcəyi qənaətinə gəlinib.

Simulyasiyalar göstərib ki, uçuş-enmə zolağı boyunca sürüşərək beton divara çırpılan təyyarə düz səthdə hərəkətini davam etdirsəydi, heç bir toqquşma baş vermədən öz-özünə dayanacaqdı.

Sənədlərə əsasən, təyyarə düz səthdə sürüşərkən dayanmazdan əvvəl daha 630 metr irəliləyəcəkdi və bu da sərnişinlərin xilas edilmə ehtimalını artıracaqdı.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi də Milli Assambleyaya verdiyi açıqlamada, təyyarənin çırpıldığı baryerin hava limanı təhlükəsizlik standartlarına uyğun olmadığını bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
1
cebheinfo.az

2Mənbələr