AZ

Zəngilanda 10 milyon manatlıq tikinti BAŞLAYIR

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikintisinə başlanılır.

Bu barədə Modern.az Dövlət Gömrük Komitəsindən (DGK) məlumat əldə edib.

Məlumata görə, DGK tikinti və quraşdırma, eləcə də ərazidə asfalt-beton örtüyü və abadlıq işlərini həyata keçirəcək şirkəti müəyyənləşdirib.

Belə ki, sözügedən işlərin icrası “Bilgə Qrup” QSC-yə həvalə edilib və onunla nəhəng müqavilə bağlanılıb.

Müqavilənin maliyyə dəyəri 10 milyon 99 min 352 manat müəyyən olunub.

Sözügedən modul tipli buraxılış məntəqəsinin layihələndirilməsi işlərini isə “Reflect Architects” MMC icra edib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır. (Mənbə: iqtisadiyyat.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
4
modern.az

5Mənbələr