Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində təhsil və elmin ölkənin inkişafındakı strateji roluna diqqət çəkib. Prezident vurğulayıb ki, güclü Azərbaycan yalnız keyfiyyətli təhsil və elmlə qurula bilər. Prezident İlham Əliyev Azərbaycan dilinə xüsusi önəm verərək bildirib: “Biz Azərbaycan dilimizi qorumalıyıq. Onlayn məktəblər açılır və onların sayı artırılmalıdır ki, uşaqlar öz ana dillərini bilsinlər.” Dil təhsili milli kimliyin və intellektual suverenliyin təməlidir.
QHT.az xəbər verir ki, bu sözləri UNEC-in rektoru, professor Ədalət Muradov bildirib. Onun sözlərinə görə, dəyərlərin formalaşdırılmasının təhsildən önəmli olduğunu qeyd edən Prezident: “Saf, təmiz kadrların yetişdirilməsi struktur islahatlarından daha vacibdir.” Bu, mədəniyyətin təhsilə inteqrasiyasının vacibliyini göstərir:
"Prezident təhsil və elmi sosial-iqtisadi inkişafın əsas amili kimi xarakterizə edib: “İnkişaf ancaq zəka, ağıl, təhsil və elmlə bağlıdır, neftlə və qazla yox.” Elm və təhsilin vəhdətinin vacibliyini vurğulayan Prezident bildirib ki, praktik tədqiqatlar milli problemlərin həllində əsas rol oynayır. “Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik,” – deyə Prezident İlham Əliyev qeyd edib".