Bakı. Trend:
Azercell “Kinon” tətbiqi çərçivəsində istifadəçi təcrübəsinidaha da təkmilləşdirmək məqsədilə yeni ödəniş üsulunu təqdim edib.Artıq abunəçilər “Kinon” xidmətinin ödənişini yalnız mobil balansvasitəsilə deyil, bank kartı ilə də həyata keçirə bilərlər.
Yeni funksiya istifadəçilərə daha çevik və rahat ödənişimkanları yaradır. Bank kartı ilə ödəniş zamanı müştərilər özbanklarının təqdim etdiyi keşbek və bonus proqramlarındanyararlanmaq imkanı əldə edirlər.
“Kinon” platformasında kart məlumatlarının qorunması beynəlxalqtəhlükəsizlik standartlarına uyğun şəkildə təmin olunur. Eynizamanda, ödəniş prosesində “3D Secure” (3DS) autentifikasiyasıtətbiq olunur ki, bu da əməliyyatların birbaşa kart sahibitərəfindən təsdiqlənməsini təmin edərək icazəsiz ödənişlərinqarşısını alır.
Yeni funksiya sayəsində istifadəçilər cəmi bir neçə toxunuşlaabunəliyi aktivləşdirə və ya yeniləyə, həmçinin mobil balans vəbank kartı arasında seçim edərək ödəniş üsulunu öz istəklərinəuyğun müəyyən edə bilərlər.
Qeyd edək ki, “akart” rəqəmsal kartı ilə “Kinon” abunəliyininödənişi zamanı istifadəçilərə 10% keşbek təqdim olunur.
Xatırladaq ki, “Kinon” tətbiqini “Play Store” və “Apple Store”mağazalarından yükləmək mümkündür.