Məlum olduğu kimi yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə vermişdir. Müsahibə zamanı dövlətimizin başçısı ölkədə son dövrdə görülən işlər, aparılan islahatlar və qarşıda duran əsas hədəflər barədə fikirlərini bölüşüb. Eyni zamanda, daxili və xarici siyasət, iqtisadi inkişaf, sosial məsələlər və regionda baş verən hadisələrlə bağlı mövqeyini açıqlamışdır.
Müsahibə zamanı jurnalist Murad Hüseynov Cənab Prezidentə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammitində çıxışında türk dövlətləri arasında hərbi əməkdaşlıq elementinə toxunduğunu və bunun təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülüb-sürülmədiyini soruşmuşdur.
Prezident Cənab İlham Əliyev cavabında bildirmişdir ki, bu təşəbbüs Azərbaycandan gəlmişdir. O vurğulamışdır ki, türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı etimadın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Qarşılıqlı təlimlər, məlumat mübadiləsi və birgə layihələr bu əməkdaşlığı daha da dərinləşdirəcək.
Müsahibənin yekununda qeyd olunmuşdur ki, 2025-ci ildə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir. Bu layihələr infrastrukturdan tutmuş təhsil və səhiyyə sahələrinə qədər geniş əhatə dairəsinə malikdir. Eyni zamanda, görülən işlərin mediya tərəfindən işıqlandırılması cəmiyyətin məlumatlılığını artırmış və dövlətin fəaliyyətinin şəffaflığını təmin etmişdir.
Ülviyyə Əfəndiyeva
YAP Yevlax rayon təşkilatının fəalı