AZ

İtaliya Baş Naziri Meloni: “Hər zaman ABŞ Prezidenti Trampla razılaşmıram” » AzadMedia.az


İtaliyanın Baş Naziri Ciorcia Meloni bildirib ki, ABŞ Prezidenti Donald Trampın bəzi açıqlamaları ilə razılaşmır və ölkəsi üçün beynəlxalq hüququn qorunmasının vacibliyini vurğulayıb.
Meloni bildirib ki, beynəlxalq münasibətlərdə ədalət və qaydaların təmin olunması hər bir dövlət üçün prioritet olmalıdır. “Beynəlxalq hüquq prinsipləri qətiyyətlə qorunmalıdır,” – deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, tərəfdaşlarla fikir ayrılıqları təbii haldır və bu, diplomatik dialoqun vacib hissəsidir. O əlavə edib ki, İtaliya dünya səhnəsində prinsipial mövqeyini qoruyacaq və hər hansı beynəlxalq məsələdə ədalətin bərqərar olmasına çalışacaq.
Seçilən
40
1
azadmedia.az

2Mənbələr