“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappenin İspaniya superkubokunun finalında “Barselona”ya qarşı oynamaq şanslarını qiymətləndirib.
Msport.az xəbər verir ki, o, fransalı futbolçunun indi daha yaxşı vəziyyətdə olduğunu söyləyib:
“O, komanda ilə birlikdə səyahət edəcək və oynamağa hazır olub-olmadığını görəcəyik. Mbappe indi daha yaxşı vəziyyətdədir, məşq edir və özünü yaxşı hiss edir. Onun oynamaq şansı heyətdəki hər kəslə eynidir”.
Mbappe zədə səbəbindən İspaniya Superkubokunun yarımfinalında “Atletiko”ya qarşı (2:1) oyunu buraxmalı olub. 27 yaşlı futbolçu 2024-cü ilin yayından “Real”da çıxış edir. O, bu müddət ərzində Madrid klubunda 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə edib. Fransalı forvardın klubla müqaviləsinin müddəti 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, “Real” və “Barselona” arasında İspaniya Superkubokunun final oyunu yanvarın 11-də keçiriləcək.