AZ

İranda rayon prokuroru və bir neçə təhlükəsizlik əməkdaşı etirazlarda öldürülüb

İranda rayon prokuroru etirazlarda öldürülüb.

APA xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Qeyd edilib ki, ötən gecə İranın Xorasanın vilayətinin şimalında, Əsfərayen rayonunda bölgə prokuroru Əli Əlbər Hüseynzadə etirazçılar tərəfindən öldürülüb.

Bildirilib ki, etirazçılar Hüseynzadə və bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşlarının içərisində olduğu konteyneri yandırıblar.

Etirazçılar sözügedən şəxslərə yardım edilməsinə də mane olublar. Nəticədə konteynerdəkilərin hamısı ölüb.

Məlumata görə, hadisəni törədənlər Xorasanın və Əsfərayenin yerli əhalisindən olmayıblar.

Hadisə prokuror etirazlara baxış keçirmək istəyərkən baş verib.

Seçilən
25
7
apa.az

8Mənbələr