AZ

“Bir ovuc insan Trampa inanır və onun göstərişləri ilə hərəkət edir” – Xamenei

İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei ölkədə davam edən etirazlar və ABŞ Prezidenti Donald Trampla bağlı sərt açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, etirazlarda iştirak edənlərin bir hissəsi Trampa inanır və onun göstərişləri ilə hərəkət edir.

Xameneinin sözlərinə görə, Donald Trampın əlləri minlərlə iranlının qanına batıb:

“On iki günlük müharibə zamanı komandirlər, alimlər və yüksək vəzifəli şəxslər istisna olmaqla, mindən artıq adi İran vətəndaşı işgəncələrə məruz qalaraq həlak olub.

Trampın özü “əmrlər verdiyini və müharibə zamanı rəhbərlik etdiyini” etiraf edib və bununla da iranlıların qanına bulaşdığını açıq şəkildə təsdiqləyib. Buna baxmayaraq, Tramp sonradan İran xalqının tərəfdarı olduğunu iddia edir.

Təəssüf ki, bir ovuc təcrübəsiz, diqqətsiz və düşüncəsiz insan bu iddialara inanır, onları qəbul edir və Trampın istəklərinə uyğun davranır”.

Əli Xamenei əlavə edib ki, vahid və birləşmiş xalq istənilən düşmənə qalib gələ bilər:

“İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib və dağıdıcılıq törədən, ölkədə qarışıqlıq yaratmağa çalışan qüvvələr qarşısında heç vaxt geri çəkilməyəcək.

İran xalqı xarici dövlətlərin maraqlarına xidmət edən muzdlu davranışları qəbul etmir və belə şəxsləri rədd edir”.

Xamenei həmçinin Trampa müraciət edərək bildirib ki, Firon, Nəmrud, Rza xan və Məhəmməd Rza Pəhləvi kimi zalımlar məhz təkəbbürlərinin ən yüksək nöqtəsində devriliblər və Trampı da eyni aqibət gözləyir. O, ABŞ prezidentini başqa ölkələrə təzyiq göstərmək əvəzinə, öz ölkəsinin daxili problemlərinə diqqət yetirməyə çağırıb.

Sara

Seçilən
74
3
nocomment.az

4Mənbələr