“ARB” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısı Məmməd Məmmədovu tənqid edib.
Aparıcı verilişin ötən günkü buraxılışında bəzi dövlət qurumları ilə işləməyin çətinliyindən danışıb.
O bildirib ki, bir sıra qurum rəhbərlərinin qəbuluna düşmək demək olar ki, mümkün deyil.
“Bəzi qurumlarla işləmək çox çətindir. Onların qəbuluna düşmək qeyri-mümkündür. Mənim üçün ən çətini xarici ölkələrdə araşdırma apararkən oranın hüquq-mühafizə orqanlarından cavab almaqdır, amma Azərbaycanda 15 dəqiqə içində alıram”.
Əməkdar jurnalist xüsusilə Tovuz rayonunun icra başçısından cavab ala bilmədiyini vurğulayıb:
“Gördüyünüz kimi, dünəndən Tovuz rayonunun icra başçısını tapa bilmirəm. Nəinki jurnalisti, ümumiyyətlə hər bir sıradan insanı qəbul etmək icra başçısının və dövlət qurumu rəhbərinin birbaşa borcudur. Çünki cənab Prezident onları insanlarla işləmək üçün təyin edib. Vəzifədə olan hər bir insan bu etimadı doğrultmalıdır.”
Həmin videonu təqdim edirik: