İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib ki, Xəzəryanı ölkələr regional məsələləri müstəqil şəkildə həll etməlidirlər. Onun sözlərinə görə, Tehran və Moskva bu prinsipi dəstəkləyir: Xəzər dənizinin təhlükəsizliyi və resursların idarə olunması yalnız bölgə dövlətlərinin iştirakı ilə həyata keçirilməlidir, xarici qüvvələrin müdaxiləsi qəbuledilməzdir.
KONKRET.az-ın xəbərinə görə, səfir qeyd edib ki, beş Xəzəryanı ölkə təhlükəsizlik, ekologiya və iqtisadi sahələrdə fəaliyyətlərini koordinasiya etmək üçün xarici işlər nazirlərinin görüşləri və sammitlər vasitəsilə əməkdaşlıq edirlər.
O, həmçinin 2018-ci ildə qəbul edilən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın əhəmiyyətini vurğulayıb. Həmin sənəd bölgədə xarici dövlətlərin hərbi mövcudluğunu məhdudlaşdırır.
Müşviq Tofiqoğlu
KONKRET.az