ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baku Tv-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşı. Qərar verib 50 nəfərlik toy ediblər.
Gununsesi.info xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev deyib.
“Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs. Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən, Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir…”, – deyə o bildirib.
Deputat, həmçinin deyib:
“Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?
Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-buluğa çatıb evlıniblər. Toy edənlərə “xoşbəxt olun”, “Allah mübarək eləsin”, “oğullu-qızlı olun” deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz. Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa, Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”.
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı oğlunun Dubayda dəbdəbəli toy etməsi xəbəri gündəm olmuşdu.
Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.
Deputat Razi Nurullayev Azərbaycanda toylarında israfçılıq olması ilə də gündəm olmuşdu.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.