ain.az, Modern.az portalına istinadən məlumat yayır.
İranda ötən ilin 28 dekabrından başlayan etiraz dalğası bu gün ölkənin əksər böyük şəhərlərini bürüyüb.
Hadisələri Modern.az-a şərh edən politoloq Anar Əliyev bildirib ki, etirazların səbəbi yalnız bahalaşma və insanların sosial rifahının pozulması, iqtisadi vəziyyətin ağırlaşması deyil:
“Onun kökü daha dərindir: illər ərzində xalqın daxilində toplanmış narazılıqların hakimiyyətə qarşı ifadə olunmaq imkanlarıdır. Çünki rejim uzun illər boyunca xalqını yalnız zora məruz qoyub, heç bir halda onların maraqlarını nəzərə almayıb və dövlətin maraqları ilə zidd mövqelər sərgiləyib.
Yaranan narazılıqlar, sosiaal hadisələr fonunda daha qabarıq şəkildə üzə çıxır və ifadə imkanları əldə edir.
Baş verən hadisələri bir neçə istiqamətdə təhlil etmək olar:
Rejimin xalqdan uzaq olması: İran hakimiyyəti xalqın maraqlarını ifadə edən qüvvə deyildir və onlarla heç bir əlaqə saxlamır.
Kənar qüvvələrin təsiri: İran kimiyyətini kürsüyə gətirən Qərb neoimperialist qüvvələrin sifarişlərindən kənara çıxma cəhdləri və həmin sərhədləri pozmaq istəyi, həmçinin xarici güclərin bu sərhədləri bərpa etmək istəyi.
Maliyyə xərcləri və böhran: Rejim illər boyu maliyyə resurslarını xalqın rifahına deyil, bölgədə proksi və terrorçu qrupların formalaşdırılması və saxlanmasına xərcləyib. Bu, maliyyə böhranına və sosial narazılığa səbəb olub.
2025-ci il İsrail ilə müharibə: Bu müharibə göstərdi ki, İran dövlətinin gücü yalnız təbliğatdan ibarətdir, xalq artıq rejimin zəif və çürük olduğunu anlayıb. Bu da narazı kütlənin etirazlarını gücləndirib.
Türkiyənin aktivliyi: Son aylarda Türkiyənin bölgədə fəallaşması və İranla əməkdaşlıq edərək prosesləri genişləndirməsi, Qərb qüvvələrinin maraqlarına uyğun deyil. Bu, həm Türkiyə-İran arasında, həm də Suriya və İraqda proseslərin təsirini artırır.
Maraqlı bir məqam odur ki, İranın bütün böyük etiraz və inqilablarının aparıcı qüvvəsi olan azərbaycanlılar bu prosesdə o qədər də aktiv rol oynamırlar.
Tarixə baxdıqda, həm İslam İnqilabı dövründə, həm də sonrakı etirazlarda azərbaycanlılar həmişə zərbə alan və təsir gücünə malik olan tərəf olub.
Buna görə də, rejim etirazları yatırarkən əsasən azərbaycanlılara ciddi zərbələr vurma ehtimalı yüksəkdir.
İnqilabların uğuru üçün xarici dəstək mühümdür. Etiraz başlandıqdan sonra xarici qüvvələrin açıq dəstəyi hərəkəti genişləndirir və etirazçıların tərəfini möhkəmləndirir.
2022-ci ildə Məsha Eminin öldürülməsi ilə başlayan etirazlarda ABŞ və digər demokratik qüvvələr açıq, real maliyyə dəstəyi göstərməyib; yalnız söz və bəyanat səviyyəsində qalıblar".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.