AZ

Tramp hərbi büdcəni 1,5 trilyon dollara çatdırmağı təklif edib

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsini növbəti maliyyə ili üçün 50 faizdən çox artıraraq 1,5 trilyon dollara çatdırmağı təklif edib.

Bakıvaxtı.az "USA Today"ə istinadn xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımında "Ölkəmizin rifahı naminə, xüsusən də indiki çox problemli və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır" sözlərini yazıb.

Tramp bu qərarın konqres üzvləri və digər siyasi nümayəndələrlə çətin danışıqlardan sonra verildiyini  açıqlayıb. O, həmçinin bildirib ki, tariflərdən gələn böyük rəqəmlər olmasaydı, müdafiə büdcəsini 1 trilyon dollar səviyyəsində saxlamaq olardı.

Müdafiə xərcləri də daxil olmaqla, büdcə təklifi ətraflı layihələndirmə prosesindən sonra Konqresə təqdim ediləcək.

Xatırladaq ki, sentyabr ayında başa çatacaq cari maliyyə ili üçün müdafiə büdcəsi təxminən 900 milyard dollar təşkil edir ki, bu da indiyə qədərki ən böyük məbləğdir.

Gülşən Şərif

Seçilən
100
2
bakivaxti.az

3Mənbələr