Tanınmış aktyor, rejissor Hikmət Rəhimovun çəkdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialının ikinci seriyasının premyerası baş tutub.
Dərgi.az xəbər verir ki, dramatik triller janrında olan layihə 12 seriyadan ibarətdir və 18+ yaş məhdudiyyəti ilə təqdim olunur. Serialın prodüseri İslam Ağadır.
Ekran işində Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Allaz və Zülfiyyə Qurbanova rol alıblar. Peşəkar aktyor heyəti hekayənin dramaturgiyasını tamamlayan əsas amillərdən biri kimi qiymətləndirilir.Serialın süjeti məktəbli qızının intiharından sonra baş qəhrəmanın həyatının alt-üst olması üzərində qurulub. Bu faciəvi hadisə onun gizli uşaqlıq travmalarını üzə çıxarır, yaşadığı ağrı isə tədricən qisas ehtirasına çevrilir. Qəhrəman qızının ölümündə günahkar bildiyi insanları bir-bir izləməyə başlayır. Keçmiş həyat yoldaşı, laqeyd tibb bacısı, məktəb direktoru və ona yaxın olan şəxslər bu yolun üzərində qarşısına çıxır. Cəmiyyətdə sakit və mehriban təsiri bağışlayan bu insanın daxilində isə getdikcə dərinləşən qaranlıq üzə çıxır.