AZ

"Qarabağ" Renat Dadaşovu transfer edir?

Qurban Qurbanov Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Qarabağ"a mümkün transferi barədə açıqlama verib.
ONN media xəbər verir ki, baş məşqçi bu barədə media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında danışıb.
O bildirib ki, Renat Dadaşov barədə təklif olmayıb:
"Azərbaycanlıdır, millimizin üzvüdür. Amma hələlik transfer siyahımızda yoxdur".
Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə qarşılaşacaq.

Seçilən
4
1
onn.az

2Mənbələr