Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını ardıcıl şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 8-də saat 07:45 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Kadrlardan görünür ki, 10-VF-465 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilinin sürücüsü işıqforun qırmızı işığında dayanmayaraq yolayrıcına daxil olub.
Daha sonra birzolaqlı yolda süni şəkildə əlavə zolaq yaradaraq öndəki nəqliyyat vasitələrini ötüb və bu zaman bütöv xəttin tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb.
Bununla da kifayətlənməyən sürücü yaranan sıxlıqdan yayınmaq üçün avtobus zolağı ilə hərəkət edib.
Nərmin
Oxunub 26
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.