Bakı. Trend:
Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamandaictimai düşüncənin, mədəni davranışın və dil vərdişlərininformalaşmasında mühüm rol oynayır. Bu baxımdan mediada Azərbaycanədəbi dilinin normalarına riayət olunması, fikrin aydın, etikşəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Trend xəbərverir ki, bu məqsədlə “Azərbaycan Televiziya və Radio Verilişləri”QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasındamediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərəbaşlayır. Təlim proqramı ölkənin tanınmış dilçi alimləri, mediaüzrə mütəxəssislər və ustad jurnalistlərin iştirakı ilə həyatakeçiriləcək.
Üç ay davam edəcək təlimlər çərçivəsində televiziya, radio,informasiya agentlikləri və xəbər saytlarında çalışan 50-yə yaxıngənc jurnalist, redaktor və aparıcı iştirak edəcək. Təlimlər zamanıiştirakçılara Azərbaycan ədəbi dilinin norma və qaydaları, efirdili, düzgün tələffüz, peşəkar nitq mədəniyyəti, etik üslub, habeləmediada tez-tez rast gəlinən dil səhvləri və onların aradanqaldırılması yolları barədə praktiki və nəzəri biliklərveriləcək.
Təlimlərin əsas məqsədi mediada dilin keyfiyyətinin artırılması,gənc media nümayəndələrinin peşəkar nitq bacarıqlarının inkişafetdirilməsi və ictimaiyyətə təqdim olunan məzmunun daha səlis,anlaşılan və mədəni formada çatdırılmasına töhfə verməkdir.
Təlim proqramının sonunda iştirakçılar arasında aparılanmonitorinqin nəticələri açıqlanacaq, əldə olunan göstəricilərəsasında ümumi qiymətləndirmə aparılacaq və treninqin effektivliyitəhlil ediləcək.
Qeyd edək ki, bu təşəbbüs Azərbaycan dilinin mediada qorunmasıvə inkişaf etdirilməsi, eyni zamanda peşəkar jurnalistikanınkeyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardanbiridir.