AZ

Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verilib

Bakı, 9 yanvar, AZƏRTAC

Özbəkistanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1970-ci il təvəllüdlü İran vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

İmani Ali Abdollah 2025-ci ildə ölkəmizdə müəyyən olunaraq həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Seçilən
105
31
azertag.az

10Mənbələr