AZ

İran: “Xəzəryanı bölgə suveren ərazi olmalıdır”

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, ötən ilin yekunlarını şərh edən İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiyanın “TASS” agentliyinə müsahibəsində belə deyib. “İran İslam Respublikası həmişə beş ölkə arasında müstəsna şəkildə əməkdaşlıq çərçivəsinin saxlanmasının vacibliyini vurğulayıb. Moskva kimi, Tehranın da yanaşması Xəzər dənizinin sərvətlərinin təhlükəsizliyi və idarə edilməsinin regiondankənar və xarici güclərin müdaxiləsi olmadan sahilyanı dövlətlər tərəfindən həyata keçirilməsi prinsipinə əsaslanır”, - iranlı diplomat vurğulayıb. Onun sözlərinə görə, bu yanaşmanın praktikada tətbiqi üçün beş Xəzəryanı dövlət əməkdaşlığın bir neçə istiqamətini inkişaf etdirir. Söhbət regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsindən, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin mütəmadi görüşlərinin və sammitlərinin keçirilməsi daxildir ki, bu da təhlükəsizlik, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələrində səylərin əlaqələndirilməsinə imkan verəcək. Cəlali həmçinin qarşılıqlı fəaliyyət üçün vahid hüquqi bazanın formalaşdırılmasının vacibliyini qeyd edib. - Qeyri-Xəzəryanı dövlətlərin dənizdə hərbi mövcudluğunun qarşısını almaq üçün 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsasında ümumi hüquqi bazanın hazırlanması zəruridir”, - İranın Moskvadakı səfiri bildirib. Xatırladaq ki, Kazem Cəlali bu müsahibəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-İran Astarası dəmir yolunun tikilməsi üçün lazım olan torpaqların alınması məsələsinin bur il mart ayının sonuna qədər yekunlaşacağını da söyləyib. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azvision.az

2Mənbələr