Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bu nömrədə Azərbaycanın mədəniyyəti, multukulturalizm və birgəyaşayış ənənələri, iqtisadi nailiyyətləri və rəngkarlıq və incəsənət sahəsindəki irsi haqqında maraqlı məqalələr yer alıb.
Yeni nömrə bir-birindən maraqlı məqalələrlə zəngindir. Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlının “Ekinchi-150: enlightenment seeds sowed to Azerbaijani ground” sərlövhəli məqaləsində milli mətbuatımızın keçdiyi tarixi yoldan söhbət açılır.
Siyasətçi alim Elsevər Salmanovun məqaləsi BMT-nin 80 illik yubileyinə və bu beynəlxalq təşkilatın Azərbaycanla əlaqələri, qəbul edilən sənədlər v s. geniş təhlil edilir.
Filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva Azərbaycanda multukulturalizm, İslam, qadın azadlığı haqqında məqaləsində ölkəmizin dini tolerantlıq sahəsindəki nailiyyətləri, qazandığı uğurlar xarici oxuculara təqdim edilir.
İngiltərədən olan publisist İan Peartın Neft Daşlarına səyahəti, neftçilərlə görüşləri, dünyada ilk dəfə dənizdə neftçi şəhərciyinin yaradılmas haqqında təəssüratları “İRS-Heritage”nın bu nömrəsində forolarla müşayiət olunur.
Tarix üzrə fəlsəfə doktorları Mahfuzə Zeynalovanın ötən əsrin əvvəllərinə anti-sovet “İldırım” tələbə təşkilatı və Məleykə Hüseynin Həsən bəy Zərdabinin, milli mətbuatımızın yaranması haqqında məqalələri tariximizin az tədqiq olunan sahələrinə işıq salır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mələk Vəlizadənin unudulmaz sənətçi Rəşid Behbudovla bağlı olduqca maraqlı məqaləsi də jurnalın bu nömrəsində dərc olunub.
“İRS-Heritage” jurnalının 61-ci nömrəsində arxitektura və rəngkarlıqla bağlı digər məqalələr da xarici oxucuları Azərbaycanın zəngin iris ilə yaxından tanış edir.