AZ

Rəşad Sadıqov Avropada axtarışa çıxdı - Futbolçu tapmaq üçün yox…

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov yeni axtarışa çıxıb.

Uğurlu çalışdırıcı bu məqsədlə gözünü ölkə xaricinə çevirib.

O, bu dəfə əcnəbi futbolçu yox, köməkçi arayışına başlayıb.

2020-ci ildən qəsəbə təmsilçisinin başında dayanan mütəxəssis oradan fiziki hazırlıq üzrə yardımçı gətirmək fikrindədir.

Bu posta bir neçə namizəd var, yaxın günlərdə seçim edəcək.

İndi onun korpusunda 4 nəfər yer alır. Ağabala Ramazanov, Vüqar Məmməd, Nəriman Əliyev və Fərhad Vəliyev burada fəaliyyət göstərir.

SPORTİNFO.AZ

Seçilən
53
sportinfo.az

1Mənbələr