AZ

Bakı Kiyev tərəfdaşlığı müzakirə edildi

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir "X" səhifəsində yazıb.

Görüş zamanı tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlarda koordinasiya məsələlərini müzakirə ediblər.

"Samir Becanovla görüşdüm və Rusiyanın Ukrayna şəhərlərinə son hücumları barədə yenilənmiş məlumatları onunla bölüşdüm. Həmçinin Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının dərinləşdirilməsi və beynəlxalq təşkilatlarda koordinasiya məsələlərini müzakirə etdik. Ukraynaya göstərdiyi dəstəyə və həmrəyliyə görə Azərbaycana təşəkkürümü bildirirəm", - diplomat yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
2
bakivaxti.az

3Mənbələr