AZ

BMT 2026-cı ildə Azərbaycanda iqtisadi artımı 2,7% proqnozlaşdırır

BMT-nin proqnozuna görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 2,7%, 2027-ci ildə isə 2,6% təşkil edəcək.

Qurumun məlumatına əsasən, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,6% böyüyüb. BMT bildirir ki, 2026-cı ildə artımın sürətlənməsi əsasən təbii qaz hasilatı və ixracının genişlənməsi, eləcə də qeyri-neft-qaz sektorunda davamlı artım hesabına baş verəcək.

Rəsmi Bakı daha nikbin proqnozlar açıqlayıb. İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9%, 2027-ci ildə isə 3,3% artacağını gözləyir.

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri isə daha ehtiyatlıdır. “S&P Global” 2026-cı il üçün 2%, “Fitch Ratings” və “Moody’s” isə hər biri 2,5% iqtisadi artım proqnozlaşdırır.

Beynəlxalq maliyyə institutlarının gözləntilərinə görə, Asiya İnkişaf Bankı 2026-cı ildə 2%, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5%, Dünya Bankı isə 2,4% iqtisadi artım gözləyir.

Seçilən
33
1
anews.az

2Mənbələr