UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda baş tutacaq "Liverpul"la matçda "Qarabağ"ın azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub.


Rekord.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" (İngiltərə) - "Qarabağ" matçını "Enfild"də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün, saat 12:00-dan etibarən satışa çıxarılacaq.


"iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 manatdır. "Qarabağ" azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.


"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.