AZ

ABŞ ilə Rusiya arasında GƏMİ SKANDALI – Putinin ŞOK PLANI 

ABŞ-nin Rusiya bayrağı altında üzən tankerə müdaxiləsi ətrafında yaranmış vəziyyət hələlik bitmiş sayılmır və bu insident onsuz da mürəkkəb olan Rusiya–ABŞ münasibətlərini daha da kəskinləşdirmək riski daşıyır. Hadisələr təkcə ikitərəfli münasibətlərə deyil, eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması perspektivlərinə və son vaxtlar “Ankoric ruhu” adlandırılan nisbi dialoq ümidlərinə də ciddi zərbə vura bilər.

Yanvarın 7-də ABŞ hərbçiləri iki həftə ərzində təqib etdikləri Rusiya bayrağı altında üzən “Marinera” adlı tankeri saxlayaraq ələ keçiriblər. Rəsmi Moskvanın ilk reaksiyası Rusiya Nəqliyyat Nazirliyindən gəlib. Nazirlik bildirib ki, tanker hələ 24 dekabr 2025-ci ildə Rusiya qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə müvəqqəti olaraq Rusiya bayrağı altında üzmək üçün icazə alıb. Rəsmi açıqlamada BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına istinad edilərək vurğulanıb ki, açıq dənizdə gəmiçilik azadlığı prinsipi qüvvədədir və heç bir dövlət başqa ölkənin yurisdiksiyasında qeydiyyatdan keçmiş gəmiyə qarşı güc tətbiq edə bilməz.

Moskva, görünür, Vaşinqtonun bu addımı atmağa cəsarət etməyəcəyini düşünürdü. Lakin ABŞ riskə getdi. Bu isə Rusiya üçün prinsipial yeni vəziyyət yaradıb. İkinci Dünya müharibəsindən sonra sovet və ya Rusiya bayrağı altında üzən gəmilərin bu cür ələ keçirilməsi presedenti faktiki olaraq olmayıb.

Buradan önəmli bir sual ortaya çıxır: ABŞ-nin Rusiya bayrağı altında üzən “Marinera” tankerini saxlaması Rusiya–ABŞ münasibətlərində təhlükəli presedent yaradaraq Putini real və sərt cavab addımlarına sövq edə bilərmi, yoxsa Kreml eskalasiyadan yayınmağı üstün tutacaq?

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Rusiya bayrağı altında üzən tankerin Amerika Birləşmiş Ştatları tərəfindən nəzarətə götürülməsi və ardınca başlayan digər proseslər, Moskvanın Ukrayna cəbhəsində daha diqqətli və ölçülü davranmasının arxasında duran səbəbləri bir daha üzə çıxarır:

“Bu hadisələr göstərir ki, dünya sanki qlobal miqyaslı bir sınaq mərhələsinin astanasındadır. Böyük güclər bir-birinin dayanıqlığını, reaksiyalarının sərhədlərini və dözümlülük həddini test edirlər. ABŞ Prezidenti Donald Trampın apardığı siyasət də məhz bu məntiq üzərində qurulub: rəqiblərin gücünü birbaşa müharibəyə girmədən yoxlamaq. Hesab edirəm ki, Rusiya hazırkı mərhələdə Amerika ilə açıq və birbaşa hərbi qarşıdurmaya girmək niyyətində deyil. Bunun əsas səbəbi Ukrayna cəbhəsində davam edən müharibənin Rusiyanın hərbi, siyasi və iqtisadi resurslarını ciddi şəkildə məşğul etməsidir”.

Şərhçinin sözlərinə görə, tarixə məlum olan mühüm bir reallıq var: Rusiya genişmiqyaslı savaşa daxil olduqda, bu münaqişə çox zaman regional çərçivəni aşaraq qlobal xarakter alır:

“Belə müharibələr böyük fəsadlara səbəb olur və bəzən dünya müharibəsinə qədər gedib çıxa bilir. Məhz bu tarixi təcrübə Moskvanın indiki mərhələdə daha ehtiyatlı davranmasına təsir göstərir.

Beləliklə, mövcud şəraitdə Rusiyanın diplomatik dözümlülük nümayiş etdirərək məsələləri birbaşa qarşıdurma yolu ilə deyil, beynəlxalq platformalar və Ukrayna cəbhəsi üzərindən tənzimləməyə çalışacağı ehtimalı daha güclü görünür. Bu yanaşma, həm gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq, həm də strateji balansı qorumaq məqsədi daşıyır. Çünki hazırda Rusiya ABŞ ilə açıq qarşıdurmaya gedəcək imkanlara sahib deyil”.

Tunar

Seçilən
61
nocomment.az

1Mənbələr