“Sabah” vinger Aaron Maludanın transfer hüququna yiyələnib. 20 yaşlı futbolçunun icarəsinə dair Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu oyunçu üçün qarşı tərəfə təzminat ödəyib. “Bayquşlar” Maludaya qarşılıq 150 min avro təzminat verib.
Fransalı futbolçu ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.