Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərinə qarşı quru əməliyyatlarına və zərbələrə başlanılacağını elan edib.
Hafta.az xəbər verir ki, Ağ Ev rəhbəri "Fox News"a verdiyi müsahibədə belə deyib.
"Dəniz yolu ilə narkotik ticarətinin 97%-ni dayandırdıq və indi quruda kartellərə zərbə endirməyə keçəcəyik. Meksikanı narkotik kartelləri idarə edir", - deyə Tramp vurğulayıb.
ABŞ lideri əməliyyatlara start veriləcəyi tarixi açıqlamayıb.