AZ

"Turan Tovuz"un "Hermanştadt"la oyunu ləğv olundu - RƏSMİ

"Turan Tovuz"un sabah "Hermanştadt"la (Rumıniya) keçirməli olduğu yoxlama oyunu ləğv olunub.

"Football-plus.az" xəbər verir ki, matç tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilib.

Xatırladaq ki, "Turan Tovuz" yanvarın 17-də Polşa “Poqon”u ilə qarşılaşacaq. Oyunun başlama saatı ilə bağlı hələlik məlumat verilməyib. "Bozqurd" yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.

Seçilən
30
7
football-plus.az

9Mənbələr