AZ

Bir müddət fasilədən sonra işə necə adaptasiya ola bilərik? -Psixoloq danışdı

Psixoloq Dariya Yakuba bir müddət fasilədən sonra iş rejiminə daha tez qayıtmağın yollarından danışıb. 

Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya müsahibəsində qeyd edib.

Mütəxəssisin sözlərinə görə, iş ritminə qayıdış az da olsa stress yaradır. Adaptasiyanın daha rahat keçməsi üçün əvvəlcədən gündəlik rejimə dönməyə başlamaq tövsiyə olunur. Belə ki, oyanma və yatma vaxtını hər gün 15–30 dəqiqə tədricən dəyişmək faydalıdır.

Həkim həmçinin iş həftəsi üçün menyunun əvvəlcədən planlaşdırılmasını, ərzaqların alınmasını və geyimlərin hazırlanmasını məsləhət görüb. Bu addımlar iş günlərində məişət stresinin və qarışıqlığın qarşısını almağa kömək edir. İlk iş günləri üçün görüləcək işlərin planlaşdırılması da vacib sayılır, çünki bu, vacib nəyisə unutmaqla bağlı narahatlığı azaldır.

Tapşırıqlar siyahısı hazırlanarkən işlərin bərabər bölüşdürülməsi tövsiyə olunur. İlk iki-üç günü adaptasiya mərhələsi kimi qiymətləndirərək, tez nəticə verən sadə işlərin görülməsi məqsədəuyğundur. Məsələn, elektron poçtun yoxlanılması.

Psixoloq ciddi qərarların, danışıqların və iri layihələrin ən azı ilk həftənin ortalarına qədər təxirə salınmasını məsləhət görür ki, beyin iş rejiminə tam uyğunlaşa bilsin.

Aytəkin TOFİQQIZI

Seçilən
149
47
redaktor.az

10Mənbələr