AZ

Kamal Abdullanın Unudulmaz seçmələr i çap olundu

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xalq yazıçısı Kamal Abdullanın “Unudulmaz seçmələr” adlı yeni kitab seriyası işıq üzü görüb.

Kulis.az xəbər verir ki, seçmələrə daxil olan yeddi kitabda müəllifin qələmə aldığı əsas əsərlər toplanıb.

Kitabın birinci cildində müəllifin "Dəvə yağışı", "Son gəliş", "Çəngəl çiçəyi", "Şeytan işi" kimi hekayələri var.

İkinci cildə Xalq yazıçısının seçmə şeirləri, üçüncü cilddə isə müəllifin "Ruh", "Casus", "Beyrək" kimi müxtəlif vaxtlarda ölkənin aparıcı teatrlarında səhnələşdirilən pyesləri toplanıb.

Dördüncü və beşinci cildlərdə isə müvafiq olaraq müsahibə, söhbət və dialoqlarında sözə çevirdiyi düşüncələr, Qorqudşünaslıq elminin sirləri, ədəbi-tənqidi məqalələri və esseləri yer alır.

Toplunun altıncı cildinə Xalq yazıçısının dilçilik və "Dədə Qorqud"la bağlı kitablarından seçmələr, yeddinci cildinə isə Kamal Abdullanın elmi, ədəbi və bədii yaradıcılığı əhatə edən 75 suala süni intellektin verdiyi 75 cavab və həmin cavablara müəllifin verdiyi şərhlər toplanıb.

Kitabın sonuncu cildini gənc tədqiqatçi Coşqun Dadaşov hazırlayıb.

Türkiyəli müğənni komaya düşdü

Sabaha bir gün qalmış - “Səksənincilər" layihəsindən Rafiq Babayevin hekayəsi

Əlimi tut, bütün həyatımı da al... - Günün mahnısı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
kulis.az

3Mənbələr