GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə “Oreşnik” orta mənzilli raketi ilə kütləvi hücuma keçib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ümumilikdə, gecə ərzində 242 dron, xüsusilə enerji obyektlərinə və mülki infrastruktur obyektlərinə qarşı 13 ballistik raket, bir “Oreşnik” orta mənzilli ballistik raket və 22 qanadlı raket buraxılıb”, – deyə o bildirib.
Zelenski bərpa işlərini müzakirə etmək üçün iclas çağırıb.
Xatırladaq ki, 9 yanvarda Rusiya Müdafiə Nazirliyi Ukraynanın vacib hədəflərinə “Oreşnik” raketi də daxil olmaqla, kütləvi zərbə endirildiyini bildirib.
Nazirliyin məlumatına görə, bu, 29 dekabr 2025-ci il gecəsi Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına edilən hücum cəhdinə cavab olaraq edilib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.