Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsindəkeçiriləcək “Liverpul” (İngiltərə) - “Qarabağ” FK matçını“Anfield”də izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlərüçün ayrılmış vauçerlər satışa çıxarılır.
“Qarabağ”ın Mətbuat xidmətindən Trend-ə verilən mlumata görə, vauçerləriTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarənsatışda olacaq.
Bildirilib ki, biletlərin qiyməti 115 AZN təşkil edir.Azarkeşlərimiz üçün “Anfield”də 1 250 yer ayrılıb.
“Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyungününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mailünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Xahişvə tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əminolun — biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək.Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası(148.5 x 210 mm) ilə girişə icazə verilir”, - deyə məlumatdabildirilib.
Qeyd edək ki, “Liverpul" – “Qarabağ" oyunu yanvarın 28-i Bakıvaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da startgötürəcək.