AZ

Mübariz Mənsimov barəsində yayılan xəbərlərə münasibət bildirib

BAKI, 9 yanvar. TELEQRAF

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə özünüfeysbuk hesabında paylaşım edib:

“Mediada “Ekol TV” adlı televiziya kanalı və mənim adımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Əvvəllər də oxşar böhtan xarakterli iddialar və xəbərlər səsləndirilib. Reputasiyama xələl gətirmək məqsədi daşıyan bu ittihamları qətiyyətlə pisləyirəm”.

Qeyd edək ki, istintaqın bir müddət əvvəl fəaliyyətini dayandıran “Ekol TV”nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə dair olduğu bildirilir.

Seçilən
54
5
teleqraf.com

6Mənbələr