AZ

“Liverpul” – “Qarabağ” biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Liverpul” – “Qarabağ” matçının biletləri bu gün satışa çıxacaq.

Doğru.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər saat 12:00-dan iTicket.az saytında əldə oluna bilər. Biletlərin qiyməti 115 manatdır.

Qeyd olunur ki, vauçerlər ilkin olaraq iTicket.az-dan alınacaq və oyun gününə qədər göstərilən e-mail ünvanına göndəriləcək. “Qarabağ” azarkeşləri üçün “Enfild” stadionunda 1250 yer ayrılıb. Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 mm) ilə girişə icazə veriləcək.

Matç yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

DOĞRU.AZ

Seçilən
49
8
dogru.az

9Mənbələr