Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
2025-ci ildə Azərbaycan Türkiyədən 53,974 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
Modern.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 13,1 % azdır. Təkcə dekabrda isə Türkiyə Azərbaycana 4,309 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,1 % azdır.
Ötən il Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % azalaraq 16,773 milyard ABŞ dollarına, dekabrda isə 1 % artaraq 1,272 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox geyim idxalını Almaniya 2 milyard 643,668 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8,4 % az), Niderland 1 milyard 908,193 milyon ABŞ dolları (5 % az) və İspaniya 1 milyard 681,048 milyon ABŞ dolları (9,6 % az) dəyərində həyata keçirib. (Mənbə: Report)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.