AZ

Bu general 4412 gün həbsdə olub – FOTO

Ölkəmizdə yolu həbsxanadan keçən generallardan biri də DİN-in sabiq idarə rəisi Zakir Nəsirovdur. Hacı Məmmədov işinə görə tutulan 79 yaşlı general ömrünün 4412 gününü məhbəsdə keçirib.

Busaat.az Metbuat.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general-mayor Zakir Nəsirov DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs olunub. 2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zakir Nəsirovun cəzası 15 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. 8 aprel 2017-ci ildə məhkəmə sabiq rəisin cəzasının əsas hissəsini çəkdiyini nəzərər alaraq onun azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.

Riyazi hesablama zamanı məlum olur ki, polis general-mayoru Zakir Nəsirov ömrünün 4412 gününü məhbəsdə keçirib. Bu, 12 il 1 ay 2 gün edir.

Qeyd edək ki, Zakir Nəsirov azadlıqda olduğu təxminən 9 il ərzində heç vaxt ictimaiyyət arasında görünməyib. 79 yaşlı generalın səhhətində yaranmış problemlərlə əlaqədar evində istirahət etdiyi bildirilir.

Fotoda: Zakir Nəsirov

Seçilən
11
2
busaat.az

10Mənbələr